Lionel Messi tarixin ən titullu futbolçusu mükafatını alıb

Lionel Messi tarixin ən titullu futbolçusu mükafatını alıb

11:48
Bəyəndim (2) Bəyənmədim (0)


"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi tarixin ən çox mükafat alan futbolçusu kimi mükafata layiq görülüb.
Cümə axşamı, oktyabrın 17-də İspaniyanın "Marca" nəşri 37 yaşlı argentinalıya onun futbol sahəsindəki uğurlarını qiymətləndirərək xüsusi mükafat təqdim edib. Mərasim “İnter”in Fort Lauderdeyldəki ev stadionunda baş tutub. Messi mükafatı “Marca”nın direktoru Xuan İqnasio Qalardo və Amerika klubunun sahibi Xorxe Masın əlindən alıb.
Xatırladaq ki, Messi 2023-cü ilin yay transfer pəncərəsində “İnter Mayami”yə keçmişdi. Bu mövsüm argentinalı Amerika klubunun heyətində 18 matçda iştirak edib, 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Messinin “İnter Mayami” ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Ümumilikdə, forvardın 46 komanda mükafatı, həmçinin 56 fərdi mükafatı var.
Almaz Həsənli