UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks"

UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks"

24 Oktyabr 17:06
Bəyəndim (5) Bəyənmədim (0)

Bu gün, UEFA Avropa Liqasının ümumi mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” futbol klubu Niderlandın "Ayaks" klubunu qəbul edəcək.

Bu, "Qarabağ"ın doğma divarlar arasında keçirdiyi ikinci oyunu olacaq. İkinci ev matçını keçirəcək Qurban Qurbanovun komandası azarkeşlərin ümidlərini doğrultmağa çalışacaq.

Matçı FIFA referisi Nikolas Ualşın başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Start fiti Bakı vaxtı ilə saat 20:45-də səslənəcək "Qarabağ" - "Ayaks" görüşməsi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir.

Qeyd edək ki, Avropa Liqasının bu mərhələsində "Qarabağ" bundan öncəki hər iki oyunda məğlub olub. Səfərdə "Tottenhem"ə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz ev oyununda "Malmö"nün qapısından bir qol keçirsə də, son nəticədə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki,ikinci turda "Malmö"yə 1:2 hesabı ilə uduzan ağdamlılar hazırda Avropa Liqasının turnir cədvəlində 34-ci, "Ayaks" isə 8-ci pillədə qərarlaşıb.

Almaz Həsənli