"Qarabağ" Zəfər günündə azarkeşlərinə qələbə sevinci bəxş etdi

"Qarabağ" Zəfər günündə azarkeşlərinə qələbə sevinci bəxş etdi

8 Noyabr 08:17
Bəyəndim (1) Bəyənmədim (0)

“Qarabağ” UEFA Avropa Liqasında ardıcıl 3 məğlubiyyətdən sonra çoxdan gözlənilən ilk qələbəsini qazanıb.

Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olsa da özünü əsl meydan sahibləri kimi aparıb. “Aspmüra” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 22-ci dəqiqədə baxımlı qolla Toral Bayramov açıb. Meydan sahibləri 41-ci dəqiqədə tarazlığı bərpa ediblər. Marks Berq fərqlənib. "Qarabağ"ın qələbə qoluna isə 69-cu dəqiqədə Abdullah Zubir imza atıb.

Beləliklə "Qarabağ" Zəfər günü ərəfəsində Azərbaycanın idmansevərlərinə daha bir qələbə sevinci bəxş edib.

Əziz Mustafa