Maqnus Karlsen geyim qaydalarını pozduğuna görə Dünya Çempionatından qovulub

Maqnus Karlsen geyim qaydalarını pozduğuna görə Dünya Çempionatından qovulub

29 Dekabr 2024 13:26
Bəyəndim (3) Bəyənmədim (0)

Norveçli Maqnus Karlsen geyim qaydalarını pozduğuna görə Rapid üzrə Dünya Çempionatından diskvalifikasiya edilib. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) X sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Əvvəlcə Karlsen yarışa cins şalvar geyindiyi üçün 200 dollar cərimə olunub. Rapid və blits üzrə hazırkı dünya çempionu onu dəyişməkdən imtina edib və buna görə turnirdən kənarlaşdırılıb. Bundan əvvəl rusiyalı Yan Nepomnyaşi də idman ayaqqabısına görə 200 dollar cərimələnib, o, onları dəyişib və çempionatda iştirakını davam etdirib.

“FİDE-nin rapid və blits şahmat üzrə dünya çempionatının qaydaları, o cümlədən geyim kodu bütün iştirakçılar üçün peşəkarlıq və ədalətliliyi təmin etmək üçün nəzərdə tutulub. Maqnus Karlsen bu gün tədbirin uzun müddət davam edən qaydalarına görə açıq şəkildə qadağan edilən cins şalvar geyinməklə geyim kodunu pozdu. Baş arbitr Karlseni pozuntu barədə məlumatlandırıb, 200 dollar cərimə yazıb və ondan paltarını dəyişməsini tələb edib”, - FİDE-nin bəyanatında deyilir.

Karlsen imtina etdi və doqquzuncu raund üçün cütləşməyə daxil edilməyib. "Bu qərar qərəzsiz qəbul edilib və bütün oyunçulara eyni dərəcədə şamil edilir", - FİDE əlavə edib.

FİDE əlavə edib ki, dress-kod qaydaları uzun illərdir qüvvədədir və bütün iştirakçılara yaxşı məlumdur. “FIDE həmçinin oyunçuların yerləşdiyi yerlərin oyunların keçirilən məkanlara yaxın məsafədə olmasını təmin edərək, qaydalara riayət etməyi daha rahat edib. FİDE şahmatın və onun dəyərlərinin, o cümlədən bütün iştirakçıların riayət etməyə razılaşdığı qaydalara hörmətin təbliğinə sadiq qalır”, - deyə FİDE yekunlaşdırıb.

Diskvalifikasiyadan sonra Karlsen səkkiz turdan sonra 5 xalla 41-ci yerdə olduğu rapid turnirindən dərhal sonra başlayacaq blits çempionatında iştirak etməyəcəyini açıqlayıb.

Karlsen qeyd edib ki, ondan paltar dəyişmək tələb olunanda prinsipə düşüb və bundan imtina edib. “Havanın Nyu Yorkdan daha yaxşı olduğu yerə gedəcəm. Eybi yoxdur, FİDE öz qaydalarını yarada bilər, buna etiraz etmirəm. Cavabım -əladır, mən gedirəm”, - norveçli bildirib.

Almaz Həsənli