Osimhen "Qalatasaray"a transferi tamamlamaq üçün İstanbula gəlib

Osimhen "Qalatasaray"a transferi tamamlamaq üçün İstanbula gəlib

31 İyul 12:54
Bəyəndim (5) Bəyənmədim (0)



Nigeriyalı hücumçu Viktor Osimhen "Qalatasaray"a transferini tamamlamaq üçün Türkiyəyə gəlib.
İstanbul hava limanında forvardı yüzlərlə azarkeş qarşılayıb və ona isti münasibət göstəriblər. Oxuməni.az “Euro-football.ru”-ya istinadən xəbər verir ki, bu barədə “Qalatasaray”ın sosial şəbəkələrində məlumat yayılıb.
Mətbuatın məlumatına görə, sövdələşmə 75 milyon avro təşkil edəcək. Ödəniş iki mərhələyə bölünəcək - müvafiq olaraq 40 və 35 milyon. Bundan əlavə, "Napoli" oyunçunun gələcək satışlarının 10%-ni özündə saxlayacaq.
Ötən mövsüm 26 yaşlı Osimhen artıq icarə əsasında "Qalatasaray"da çıxış edib, 41 oyun keçirib və bütün turnirlərdə 37 qol vurub.
Almaz Həsənli