Bakıda yaşayış binasının 12-ci mərtəbəsində partlayış olub: 2 nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv. m olan dördotaqlı evin yataq otağında təmir işləri aparılan zaman ani alışma nəticəsində partlayış baş vermişdir. Partlayış zamanı yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə, 1 ədəd "MİTSUBİSHİ" markalı kondisioner qarsalanmış və pəncərə çərçivəsi haşiyədən çıxmışdır. Hadisə zamanı həmin evdə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti almış və aidiyyəti üzrə təhvil verilmişdir. Yanğın hadisəsi olmamışdır.
O.M.
Digər xəbərlər