Bakıda “Vaz” idarəetməni itirərək qaz xəttinə çırpılıb
Qəza nəticəsində minik avtomobilinin sürücüsü yaralanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış, ona ilkin yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Xilasedicilər, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.
O.M.
Digər xəbərlər

































































.jpg)














.jpg)













