Somalidə kamikadze çimərlikdə partladılıb

Somalidə kamikadze çimərlikdə partladılıb

3 Avqust 2024 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

“Somalinin paytaxtında bir otelin çimərliyində kamikadze özünü partladıb. Ən azı 20 tətilçi həlak olub, ondan çoxu isə qəlpələrdən yaralanıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, terrorçunun üzərində əldəqayırma partlayıcılar olan kəmər olub.

Yerli Shabelle Media portalı hadisə şahidlərinə istinadən yazır ki, hücumu 4 terrorçu həyata keçirib. Partlayış yerli vaxtla təxminən 19:30-da, çimərlikdə çoxlu istirahət edən zaman baş verib.

Partlayışdan sonra yaxınlıqda, ehtimal ki, otellərdən birinin içərisində atışma başlayıb. Hücuma görə məsuliyyəti Somalidə yerləşən və Əl-Qaidə (Rusiyada qadağan olunmuş terror təşkilatı) ilə əlaqəli olan radikal islamçı Əl-Şəbab qruplaşması öz üzərinə götürüb.

Bundan əvvəl “The New York Times” 11 sentyabr hücumlarının üç təşkilatçısının günahını etiraf etməyə razılaşdığını yazmışdı.

Oxuməni.az