Sabah hava yağmursuz, isti küləkli olacaq

Sabah hava yağmursuz, isti küləkli olacaq

6 Mart 2013 10:01
Bəyəndim (0) Bəyənmədim (0)
Hava nisbətən qızacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 07-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında keçən gecə və səhər havanın bəzi şərq rayonlarında yağıntılı olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

O.M.