Rəisin qardaşının obyektini talan etdilər

Rəisin qardaşının obyektini talan etdilər

10 İyun 2013 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonu ərazisində yerləşən böyük marketdə oğurluq olub.
Oxumeni.az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, Qara Qarayev prospekti, 74 saylı binanın qarşısında yerləşən "Lüks market" gecə qarət olunub. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəliblər.
Polis bölməsindən aldığımız məlumata görə, marketdən nə oğurlandığı barədə məlumat yoxdur. Hadisə yerinə polis əməkdaşları gediblər.Marketin Bakının polis idarələrindən birinin rəisinin qardaşına məxsus olduğu bildirilir.

O.M.