28 yaşlı qadına zor tətbiq edildi, vəhşicəsinə döyüldü

28 yaşlı qadına zor tətbiq edildi, vəhşicəsinə döyüldü

4 İyul 2013 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün saat 14:08 radələrində Bakının Qaradağ rayonunda 28 yaşlı qadın döyülüb. Rayon Polis İdarəsinin 38-ci polis bölməsindən verilən məlumata görə, hadisə Qızıldaş qəsəbəsində baş verib.Belə ki, 1985-ci il təvəllüdlü Aynurə Quliyeva daş karxanası yaxınlığında qəfil hücuma məruz qalıb. Qadına zor tətbiq edilib. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.Aynurə Quliyevaya ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qadına hücum edən şəxsin kimliyi araşdırılır.

O.M.