Sabah külək qalxacaq
Yaxın iki gün ərzində Bakıda havanın temperaturu 34 dərəcədən yüksək olmayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.
Avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12 metr sürəti ilə əsəcək. Gündüz çənub-şərq küləyi 8-13 m/san sürəti ilə əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaq. Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Aran rayonlarında havanın temperaturu gündüz gecə 21-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
O.M.