İki maşın toqquşdu
Ucar rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün axşam saat 17:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Quləbənd kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı 99-FV-401 dövlət nömrə nişanlı minik maşını ilə "VAZ 2104" markalı 61-VE-050 dövlət nömrə nişanlı minik maşını toqquşub. Nəticədə 4 nəfər ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Digər xəbərlər


















































































.jpg)
.jpg)







