Tağı Əhmədovun stulunu əlindən alan yeni sədr kimdir?
Zaur Hüseynov 1964-cü ildə sentyabr ayının 26-da Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub və 1986-cı ildə bu ali təhsil ocağını "Sənaye müəsisələrinin elektrik təchizatı üzrə mühəndis elektrik" ixtisasına yiyələnib.
2003-2006-cı illərdə ABŞ-da "Sent Cons" universitetində "İdarəetmə menecmenti" ixtisası üzrə MBA dərəcəsinə yiyələnib. 1986-1992- ci illərdə Bakı metrosunun Xalqlar Dostluğu, Əhmədli stansiyalarının, Binəhava limanının, iri yaşayış massivlərinin və digər respublika əhəmiyyətli obyektlərin tikintisində ə yenidənqurulmasında iştirak edib.
1992-1999 cu illərdə "Elbiko" KM-in direktoru və "Qaradağ-Sement" ASC-nin icraçı direktorunun müavini vəzifələrində çalışan Zaur Hüseynov ABŞ-da təhsilini başa vurduqdan sonra "Bakıelektrikşəbəkə" ASC sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
Rəhbərlik etdiyi kollektivlərdə gənclərə, idmana, zəhmətkeşlərə xüsusi qayğısı və ədalət tərəfdarlılığı ilə tanınan Zaur Mirtofiq oğlu Hüseynov prezidentin sərəncamı ilə cari ilin fevral ayının 27-də " Bakı Metropoliteni" və " Azərtunelmetrotikinti" ASC-ni özündə birləşdirən Bakı Metropoliteni QSC yə sədr təyin olunub.
Rus və İngilis dillərində sərbəst danışır, iki övlad atasıdır.































































.jpg)














.jpg)















