Xətai sakini qurtuldu
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən, Xətai rayonundakı doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.
Mediainfo.az
Digər xəbərlər































































.jpg)














.jpg)















