Yalançıya hökm oxunub

Yalançıya hökm oxunub

13 Mart 2014 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terror barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan Niyaməddin Nəsirovun məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə N. Nəsirov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Nəsirov Fövqəladə Hallar Nazirliyinin "112" xidməti ilə əlaqə saxlayaraq metronun "28 May" stansiyasında partlayış baş verəcəyi barədə məlumat verib. Lakin aparılan araşdırmadan sonra məlumatın yalan olduğu müəyyənləşib.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.