Çilidə təbii fəlakətlər baş verib
Çili sahillərində güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti zəlzələnin dənizin 20,1 kilometr dərinliyində baş verdiyini və 8,2 bal gücündə olduğunu açıqlayıb. Episentr Çilinin şimalındakı İkike liman şəhərinin 100 kilometrliyinə təsadüf edib.
Təkanlar Qrinviç üzrə saat 23:46-da qeydə alınıb. İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində 5 nəfər – 4 kişi və 1 qadın ölüb. Ölənlərdən 3-ü dağıntılar altında qalıb, 2-si isə infarkt nəticəsində dünyasını dəyişib. Təkanlar nəticəsində okeanda sunami əmələ gəlib. Çili Hərbi-Dəniz Donanması 2,3 metr hündürlüyündə ilk sunami dalğasının zəlzələdən 45 dəqiqə sonra sahilə çatdığını açıqlayıb. Hakimiyyət orqanları sahillərdəki yaşayış məntəqələrinin əhalisinə ərazidən uzaqlaşmaq barədə xəbərdarlıq ediblər.
Ölkənin bəzi yerlərində torpaq sürüşmələri də baş verib, bəzi yollar kəsilib. İkike şəhərindəki qadın həbsxanasında cəza çəkən 300 məhbus qaçıb. Hələlik onlardan yalnız 16 nəfəri yaxalanıb.
Mediainfo.az























































.jpg)
























.jpg)












