Kürdən meyit tapılıb
Kür çayında 43 yaşlı kişinin meyiti tapılıb. Neftçala Rayon Polis Şöbəsindən verilən məlumata görə, Salyan rayon sakini, 1971-ci il təvəllüdlü Elmin Elman oğlu Axundovun meyiti ötən gecə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Kür çayının rayonun Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb. Polisdən meyitin üzərində zorakılıq əlamətləri olmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər





























































.jpg)































