İki qardaş ölkənin Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcək

İki qardaş ölkənin Silahlı Qüvvələrinin iki birgə təlimi keçiriləcək

16 Yanvar 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlim keçiriləcək.

Bu barədə Apa-ya Azərbaycan MN-dən məlumat verilib.

"İşıq-2015" və "Anadolu Qartalı-2015" təlimlərində iki ölkənin hərbçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərə də qatılacaqlar.

Qeyd edək ki, 2013-cü ilin iyul ayında Bakı və Naxçıvanda, 2014-cü ilin fevral ayında Qars (Türkiyə) bölgəsində Azərbaycan-Türkiyə Birgə səhra təlimi, 2014-cü ilin sentyabr-oktyabr aylarında isə ilk dəfə Azərbaycanda Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin təlimi keçirilib.

Mediainfo.az