Qəddafinin qızı üsyançılarla görüşdüklərini etiraf etdi

Qəddafinin qızı üsyançılarla görüşdüklərini etiraf etdi

1 İyul 2011 10:15
Bəyəndim (0) Bəyənmədim (0)
Əl altından iş görülür

France Presse-nin France-2 televiziya kanalına istinadən yaydığı məlumata görə, Müəmmar Qəddafinin qızı Aişə dünən etiraf etdi ki, Liviya rəsmiləri birbaşa və ya dolayısı ilə üsyançılarla danışıqlara giriblər. "Biz istəyirik ki, liviyalıların qanının tökülməsi prosesi dayansın. Buna görə biz hətta şeytanla, silahlı üsyançılarla danışıqlara getməyə hazırıq", - deyə qeyd edən Aişə onu da əlavə etdi ki, qanlı hadisələr onun ailə üzvlərini daha da birləşdirib. Jurnalistin sualına diktatorun qızı xüsusi emosionallıqla cavab verdi: "Mənim atama Liviya xalqının rəmzi, bələdçisidir. Siz istəyirsiniz ki, o hara getsin? Burada onun ölkəsi, torpağı, xalqı var. Hara getsin o?" Yeri gəlmişkən, bir qədər əvvəl Liviya iqtidarı və silahlı üsyançılar arasında əlaqələrin yarandığını bu ölkənin baş naziri Bağdadi Mahmudi də təsdiq etmişdi.

Xatırladaq ki, bu ilin fevral ayının ortalarından etibarən Liviyada Müəmmar Qəddafiin 40 illik hakimiyyətinə son qoymaq üçün kütləvi etiraz mitinqləri baş qaldırmışdı. Sonradan bu münaqişə silahlı müstəviyə keçdi.

Atalar demişkən: "Tülkü olmasaydı, qurd quzuyla otlayardı"..

Hafiz Əhmədov

O.M.