Leysan Çində daşqına səbəb olub
Çinin şərqində leysan yağışlar daşqına səbəb olub. Ən son daşqınlar nəticəsində Çinin Anhva və Jeanqso əyalətlərində böyük ərazi su altında qalıb. Burada 3 aylıq yağıntı norması düşüb. Bölgədə nəqliyyatın hərəkətində problemlər yaranıb. Sel sularının hündürlüyü 50 santimetrə çatıb. Jeanqso əyalətinin inzibati mərkəzi sayılan Nankin şəhərində leysan yağışlar güclü küləklə müşayiət olunub. Güclü külək ağacları aşırıb, evlərin dam örtüyünü uçurub. Qeyd edək ki, ötən ay Çinin cənub-şərqində baş vermiş daşqınlar nəticəsində 175 nəfər ölüb, 86 nəfər itkin düşüb.
Apardı sellər "Kitay"ı
Tofiq Əliyev
O.M.
Digər xəbərlər