Qaz kəmərindəki partlayışın səbəbi bilindi
Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış qaz sızması nəticəsində baş verib və terror aktı deyil.
Bunu Trend-ə boru kəmərinin keçdiyi Türkiyənin Qars vilayətinin valisinin ofisindən telefonla deyiblər.
Qeyd edilib ki, partlayışa səbəb boru kəmərindəki qaz sızması olub.
Xatırldaq ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Hazırda boru kəmərində qazın nəqli dayandırılıb
Mediainfo.az
Digər xəbərlər






























































































