Nizami rayonunda intihar

Nizami rayonunda intihar

13 İyul 2011 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 14.00 radələrində, Q. Qarayev prospekti, 81 ünvanında intihar qeydə alınıb. Həmin ünvanda 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan, 33 yaşlı Ülfanə Quliyeva yaşadığı evin eyvanından özünü atıb. O, yerindəcə keçinib. İntiharın səbəbləri məlum deyil. Məlumatlara görə, Ü. Quliyeva 3 uşaq anasıdır. Həyat yoldaşı bir neçə gün əvvəl işləmək məqsədi ilə Rusiyaya gedib. Hadisə baş verən zaman mərhum evdə tək olub. Faktla bağlı araşdırma aparılır.

Həyatdan küsübsə, deməli küsdürən var.

Tofiq Əliyev

O.M.