Reuters: Ermənistan Bakı ilə sülh üçün Zəngəzur dəhlizini ABŞ-a verməyə hazırdır

Reuters: Ermənistan Bakı ilə sülh üçün Zəngəzur dəhlizini ABŞ-a verməyə hazırdır

8 Avqust 12:15
Bəyəndim (4) Bəyənmədim (0)

Avqustun 8-də Azərbaycanla imzalanacaq sülh sazişi çərçivəsində Ermənistan Zəngəzur dəhlizini ABŞ-a verməyə hazırdır və onu “Tramp marşrutu” adlandıracaq. Bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr yazır: “Ermənistan Birləşmiş Ştatlara uzun müddətə tranzit dəhlizinin inkişafı üçün müstəsna xüsusi hüquqlar verməyi planlaşdırır ki, bu da “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanacaq.

ABŞ-ın ərazini infrastruktur və idarəetmə ilə məşğul olan konsorsiuma subicarəyə verəcəyi iddia edilir. Vaşinqtonda avqustun 8-də imzalanması planlaşdırılan İrəvan və Bakı arasındakı sülh sazişinin bir bölməsi razılaşmalara həsr olunub. Ağ Ev rəsmilərinin fikrincə, kommersiya fəaliyyəti regionda gələcək hərbi əməliyyatların qarşısını alacaq.

Almaz Həsənli