
Tramp bildirib ki, Paşinyan və Əliyev Vaşinqtonda sülh sazişi imzalayacaqlar
ABŞ prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı iki ölkənin onilliklərlə davam edən münaqişəsinə son qoymaq məqsədi daşıyan “tarixi sülh sammiti”nə ev sahibliyi edəcəyini təsdiqləyib. Amerika lideri müvafiq mesajı cümə axşamı, avqustun 7-də “Truth Social” şəbəkəsində yerləşdirib.
Paşinyan və Əliyev “rəsmi sülh imzalanması mərasimi üçün Ağ Evdə mənimlə birlikdə olacaqlar”, Tramp yazıb.
Onun sözlərinə görə, Vaşinqton həmçinin Cənubi Qafqazın potensialının açılmasına kömək edəcək “iqtisadi imkanları bölüşmək üçün hər iki ölkə ilə” ikitərəfli sazişlər imzalayacaq.
"Bir çox liderlər müharibəni bitirməyə çalışdılar, lakin indiyə qədər uğur qazana bilmədilər - TRUMP sayəsində (irəliləyiş var - Red.)," o, daha sonra yazıb.
"Mənim administrasiyam artıq xeyli müddətdir ki, hər iki tərəflə danışıqlar aparır", - ABŞ prezidenti əlavə edib və "düzgün iş görən bu cəsarətli liderlərlə çox fəxr etdiyini" qeyd edib.
Almaz Həsənli