ABŞ  miqrantları Luiziana həbsxanasına yerləşdirməyi planlaşdırır

ABŞ miqrantları Luiziana həbsxanasına yerləşdirməyi planlaşdırır

8 Avqust 10:12
Bəyəndim (5) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın administrasiyası saxlanılan miqrantları Luiziana ştatındakı Anqola həbsxanasına yerləşdirməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” qəzeti yazıb.

Qəzetin mənbələrinə görə, həbsxanada miqrantlar üçün təxminən 450 yer ayrılacaq və planın özü sentyabrın əvvəlində qüvvəyə minməlidir. Anqola keçmişdə “ən qanlı”lardan biri kimi tanınan ABŞ-ın ən böyük maksimum təhlükəsizlik həbsxanasıdır. The Wall Street Journal qeyd edir ki, həbsxana məhbuslarının 70%-dən çoxu zorakı cinayətlərə görə cəzalandırılanlardır.

Miqrantların Anqolada yerləşdirilməsi ABŞ hakimiyyətinə qeyri-qanuni immiqrantlar üçün yeni mərkəz tikmək üçün istifadə oluna biləcək pula qənaət etməyə imkan verəcək.

ABŞ prezidenti Donald Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, andiçmə mərasimindən sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb və həmçinin ABŞ tarixində qeyri-qanuni mühacirlərin ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Əziz MUSTAFA