Kreml: Rusiya və ABŞ yaxın günlərdə Putin və Tramp arasında görüş barədə razılığa gəliblər

Kreml: Rusiya və ABŞ yaxın günlərdə Putin və Tramp arasında görüş barədə razılığa gəliblər

13:45
Bəyəndim (4) Bəyənmədim (0)

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov avqustun 7-də jurnalistlərə bildirib ki, Rusiya və ABŞ yaxın günlərdə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş təşkil etmək barədə razılığa gəliblər.

Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“İndi biz amerikalı həmkarlarımızla birlikdə konkret məsələlər üzərində işləməyə başlayırıq”, - deyə Uşakov bildirib.

Uşakovun sözlərinə görə, görüş gələn həftə baş tuta bilər, lakin hazırlıqların neçə gün davam edəcəyi hələlik məlum deyil. Görüşün yeri də razılaşdırılıb, sonra elan olunacaq.

Uşakov Putinlə danışıqlar zamanı ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında üçtərəfli görüşün keçirilməsi ideyasına “toxunduğunu” deyib, lakin Moskva bu təklifi şərh etməyib.

ABŞ media mənbələri xəbər verir ki, Rusiya Putin və Tramp arasında danışıqların aparılması təşəbbüsü ilə çıxış edib. Bu məsələ Putin və Vitkoff arasında avqustun 6-da Moskvada baş tutan görüşdə müzakirə olunub.

“The New York Times”ın yazdığına görə, Moskvada danışıqlardan sonra Tramp Avropa və Ukrayna liderlərinə əvvəlcə Rusiya prezidenti ilə görüşmək, sonra isə Vladimir Putin və Vladimir Zelenski ilə üçtərəfli görüş təşkil etmək istədiyini bildirib.

Almaz Həsənli