Saakaşvili: Sabah Ermənistan və Azərbaycanın iştirakı ilə tarixi hadisə baş verəcək

Saakaşvili: Sabah Ermənistan və Azərbaycanın iştirakı ilə tarixi hadisə baş verəcək

10:16
Bəyəndim (4) Bəyənmədim (0)


Ən mühüm tarixi hadisə sabah Vaşinqtonda baş verəcək, Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayacaq. Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkələrdə yazıb.
“Əliyevlə Paşinyan uzun müddətdir ki, danışırlar, lakin ABŞ prezidentinin müdaxiləsi sürətlənib.Bu gün dünya tarixində Qafqazın Rusiyanın pəncəsindən azad olunduğu tarix kimi qalacaq.
Rusiya artıq rəsmən Cənubi Qafqazın üç ölkəsindən ikisində hegemonluğunu itirir və Gürcüstan üzərində nəzarəti özündə saxlayır”, - Saakaşvili Facebook səhifəsində yazıb.
Almaz Həsənli