Şəmkir rayonunda ağır qəza baş verib: 7 nəfər ölüb

Şəmkir rayonunda ağır qəza baş verib: 7 nəfər ölüb

10:12
Bəyəndim (3) Bəyənmədim (0)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Ehtimallara görə, “Mercedes” markalı mikroavtobus yük maşınına çırpılıb.
Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şəmkirdə baş verən ağır qəzada ölənlərin adları açıqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, ölənlər arasında 4 kişi və 3 qadın var:
- Şadet Bayramov, 1992-ci il təvəllüdlü
- Bəsti Nəbiyeva, 1975-ci il təvəllüdlü
- Aydın Pənahov, 1977-ci il təvəllüdlü
- Qızxanım Tomayeva, 1962-ci il təvəllüdlü
- Kənan Məmmədov, 2008-ci il təvəllüdlü
- Fəxriyyə Novruzova, 1978-ci il təvəllüdlü
- Arif Bağırov, 1966-cı il təvəllüdlü
Qəzada xəsarət alanların adları da məlum olub. Xəsarət alanların arasında Ağstafa və Bakı sakinləri ilə yanaşı, bir Gürcüstan vətəndaşı da var:
- M. Qəribov, 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- 2004-cü il təvəllüdlü N. Qəribova, Ağstafa rayon sakini
- K. Məmmədov, 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş. Pənahova, 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova, 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
K.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir, o, Gəncə şəhər xəstəxanasına yerləşdirilib.
Ölənlər arasında Ağstafa rayon sakinləri də var.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxuməni.az