Türk vətəndaşının apellyasiya məhkəməsi başlayıb
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Türkiyə vətəndaşı Nurettin Eresin şikayəti əsasında məhkəmə prosesi başlayıb.
Məlumata görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə avqustun 26-na təyin edilib.
Qeyd edək ki, N. Eres Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Mediainfo.az
Digər xəbərlər






























































































