Kərzainin müşaviri güllələndi
Əfqanıstan prezidentin Həmid Kərzainin müşaviri Can Muhammed Xan qətlə yetirilib. Qərb KİV-nin məlumatına görə, döyüşçülər şam yeməyi vaxtı onun evinə soxularaq müşaviri güllələyiblər. Hücum zamanı Əfqanıstan parlamentinin deputatı Haşim Vatanval da öldürülüb. Qeyd edək ki, Can Muhammed Xan bundan öncə Uruzqan əyalətinin qubernatoru olubmuş. Siyasətçi prezidentin ən yaxın müşavirlərindən biri hesab olunurdu.
Can Muhammed Xanın canına qəsd etdilər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər