Ordumuzun əsgəri minaya düşüb
Bu gün cəbhənin Tərtər istiqamətində Ordumuzun əsgəri minaya düşüb. "APA"-nın məlumata görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, neytral ərazidə minanın partlaması nəticəsində Milli Ordunun əsgəri 19 yaşlı Hasil Sərxanov xəsarət alıb. Yaralı hospitala yerləşdirilib. Qeyd edək ki, H. Sərxanov 2010-cu ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Vətən mənə oğul desə, nə dərdim.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər