Bakıda müğənni intihar etdi
Bakıda müğənni intihar edib. Axar.az-ın məlumatına görə, Elvin Ordubadlı adlı müğənni özünü öldürüb.
Dostları onun Feysbuk səhifəsində intihar etdiyi barədə məlumat yayıblar. Gənc ifaçının canına qıymasının səbəbləri bilinmir.
E.Ordubadlı "Azərbaycanın səsi" musiqi yarışmasının qalibi olub. Bundan başqa, müğənni Azərbaycanı 2014-cü ildə "Türkviziya" musiqi yarışmasında Elza Seyidcahanın bəstələdiyi "Divlərin yalnızlığı" mahnısı ilə təmsil edib.
Elvin Ordubadlı özünü binanın 5-ci mərtəbəsindən atdığı bildirilir.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mediainfo.az





























































































