Ermənistan tərəfi daha bir əsgər ölümü haqda məlumat yaydı

Ermənistan tərəfi daha bir əsgər ölümü haqda məlumat yaydı

12 Aprel 2016 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ordusunun hərbi qulluqçusu Qarnik Hamletoviç Avetisyan iki maşın arasında sıxılaraq ölüb.

Məlumatı erməni KİV-i yayıb.

"Dünən saat 16.00-da sıravi əsgər Qarnik Avetisyan, biri o birini yedəyinə almış "Ural" və ZiL" maşınlarının arasında qalaraq sıxılıb ölüb", - deə İstintaq Komitəsindən bildiriblər.

Xatırladaq ki, erməni QHT-ləri Ermənistanın Müdafiə Nazirliyini dəfələrlə cəbhə xəttindəki ölüm faktlarını gizlətməkdə ittiham ediblər. Bildiriblər ki, erməni tərəfi tez-tez real döyüş itkilərini bədbət hadisə adı altında gizlədir.

Mediainfo.az