ANS əməkdar jurnalistinin işdən çıxması ilə üz-üzə qaldı - QALMAQAL

ANS əməkdar jurnalistinin işdən çıxması ilə üz-üzə qaldı - QALMAQAL

17 İyun 2016 11:01
Bəyəndim (0) Bəyənmədim (0)
"Bu yaxşılıqların qabağında gedib ağzına gələni yazmaq düzgün deyil axı”

Əməkdar jurnalist Ləman Ələşrəfqızının işdən getməsinə ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov aydınlıq gətirib.

Publika.az-a açıqlamasında müşavir deyib: "Mən bu saat ona zəng edirəm ki, məsələni aydınlaşdırım, amma telefona cavab vermir. Adam dalaşar da, barışar da. Amma bir xırda məsələnin üstündə başqa yaxşılıqların üstünə qara "kraska" çəkməz. Keçən il bütün kollektiv yığışıb xahiş etdi ki, ona Əməkdar jurnalist adı verilsin. Bunu kim elədi? Əlbəttə ANS. İndi bu yaxşılıqların qabağında gedib ağzına gələni yazmaq düzgün deyil axı".

"L.Əliəşrəfqızı yenidən ANS-ə qayıdarsa, işinə bərpa olunacaqmı?" sualına M.Məmmədovun cavabı belə olub: "Hirslənib, soyuq su içsin, qayıtsın işinə".

Qeyd edək ki, jurnalist işdən getməsi barədə sosial şəbəkədə yazıb və ANS rəhbərliyini ittiham edib: "20 ildir jurnalistikadayam. Şükür Allaha, bu sahədə fəaliyyətim göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. "Zərdabi" mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə "sağ olun" deyirəm, görməzdən gələnləri vicdanları ilə baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Hər şeydən çox yoruldum - haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!".

Mediainfo.az