Ərdoğan çıxışa başladı, kürdlər və Dəniz Baykal salonu tərk etdilər

Ərdoğan çıxışa başladı, kürdlər və Dəniz Baykal salonu tərk etdilər

3 Oktyabr 2016 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisində olub.

Prezident TBMM-də çıxışa başlayarkən AKP, CHP və MHP millət vəkilləri ayağa qalxıb.

3 partiyanın dövlət başçısına hörmət əlaməti olaraq ayağa qalxmasına baxmayaraq, kürd HDP-çi deputatlar ayağa qalxmayıb.

Digər tərəfdən prezident çıxış edən zaman bəzi HDP-çi millət vəkilləri salonu tərk edib. Onlar arasında CHP-nın keçmiş sədri, Antalyadan seçilən millət vəkili Dəniz Baykal da olub. (axar)

Mediainfo.az