Yeni Günəşlidə paltar asarkən yıxıldığı bildirilən 19 yaşlı qız intihar edibmiş

Yeni Günəşlidə paltar asarkən yıxıldığı bildirilən 19 yaşlı qız intihar edibmiş

21 Oktyabr 2016 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonunda binanın 9-cu mərtəbəsindən düşərək ölən qadının intihar etdiyi məlum olub. Özünü yerə atan qadın əvvəlcə qollarını kəsərək intihara cəhd edib.

Məlumata görə, ötən gecə Yeni Günəşli qəsəbəsi "AB" yaşayış massivi, ev 56, mənzil 27 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Əsgərova Sərvinaz Salman qızı şam yeməyi vaxtı həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra o, qollarını kəsməyə başlayıb. Həyat yoldaşı isə ona mane olmağa çalışıb. Lakin fikrindən dönməyən gənc qadın özünü yaşadıqları evin eyvanından yerə atıb. O, yerə düşərkən paltarların asıldığı iplərə dəyib.

Yerə çırpılan S.Əsgərova xəstəxanaya aparılarkən Təcili Tibbi Yardım maşınında dünyasını dəyişib.

Ölən qadının 2 yaşlı övladı var.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Mediainfo.az