Avtoqəza: ana öldü, 17 yaşlı qızın vəziyyəti ağırdır -- SİYƏZƏNDƏ

Avtoqəza: ana öldü, 17 yaşlı qızın vəziyyəti ağırdır -- SİYƏZƏNDƏ

24 Oktyabr 2016 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun 110-cu kilometrliyində qeydə alınıb. "Daewoo" markalı maşın yolun kənarında maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin - 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı dünyasını dəyişib. Onun qızı 17 yaşlı Fatimə isə müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mediainfo.az