İranda baş verən yol qəzasında 7 nəfər ölüb
İranda baş verən yol-nəqliyyat hadisəsində 7 nəfər ölüb.
Apa-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər Səbzivar-İsfərayen magistral yolunda baş verib. "Prayd" markalı avtomobil "Peykan" markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərin birində yanğın baş verib. Hadisə nəticəsində "Prayd" markalı avtomobildə olan 5 sərnişin və digər avtomobildə olan 2 sərnişin həyatını itirib.
Səbzivar şəhərinin 320 min əhalisi var və Məşhəd şəhərindən 230 kilometr qərbdə yerləşir.
Qeyd edək ki, İran dünyada avtomobil qəzaları nəticəsində ən çox insan tələfatı olan ölkələrdəndir. Hər il minlərlə insan yol qəzalarında ölür. Xüsusilə Novruz bayramı günlərində yol qəzalarının sayı artır.
Mediainfo.az
Digər xəbərlər














































.jpg)















































