![Şəhərin mərkəzində yanğın - Fotolar](http://oxumeni.az/media/news/2017/04/photo_62619.jpeg)
Şəhərin mərkəzində yanğın - Fotolar
Bakının mərkəzində yaşayış binasında baş vermiş yanğın söndürülüb.
"Report"un məlumatına görə, Təbriz Xəlilbəyli küçəsi ilə S.Tağızadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının ikinci mərtəbəsi yanıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 6 yanğınsöndürən briqadası cəlb edilib.
-------
Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.
"Trend"-in məlumatına görə, yanğın paytaxtın Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsində - "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyətinin (MUM) binasının yaxınlığında baş verib.
Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Hələlik alovun qarşısını ala bilməyiblər. Yanğın davam edir.
Mediainfo.az
Digər xəbərlər