Ben Ladeni yaxalatdırdı, indi özü edam oluna bilər

Ben Ladeni yaxalatdırdı, indi özü edam oluna bilər

7 Oktyabr 2011 15:53
Bəyəndim (0) Bəyənmədim (0)
Həkim Pakistana xəyanət edib?

Usama Ben Ladenin tutulmasında, yerinin təsbit edilməsində və öldürülməsində müstəsna rolu olduğu bilinən pakistanlı həkim Şakil Afridi edam oluna bilər. İddialara görə, məhz o, peyvənd adı ilə Ladenin evinə girmiş, qan nümunələri almış və bundan sonra qan analizə göndərilmişdi. Nəticələr müsbət olar-olmaz da Amerika hərəkətə keçmişdi. Amerikanın arzusu reallaşdı, Usama öldü, indi növbə həkimindir...

Pakistanda Şakil haqda açılan cinayət işi tamamlandı. Ölkə səlahiyyətliləri onun vətənə xəyanətdən mühakimə olunmasını və edam edilməsini tələb edirlər.

Günel Həbib

O.M.