Arif Hacılı məhkəmə qərarından apellyasiya şikayəti verib

Arif Hacılı məhkəmə qərarından apellyasiya şikayəti verib

24 Oktyabr 2011 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib. Vəkil apellyasiya şikayəti əsasında keçiriləcək məhkəmə prosesinin vaxtının yaxın günlərdə məlum olacağını deyib.

Qeyd edək ki, Səbayel rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.

O.M.