Ermənilər Leontyevə görə KP-yə hücum etdi
Dünən gecə Rusiyadakı erməni diasporu "Komsomolskaya Pravda" qəzetinin redaksiyasına girişini bloklayıblar.
Axar.az xəbər verir ki, ermənilər bir müddət öncə qəzetə müsahibə verən Mixail Leontyevin üzr istəməsini tələb ediblər. Bundan sonra hadisə yerinə "Komsomolskaya Pravda" tərəfindən OMON dəstələri çağırılıb.
Qeyd edək ki, tanınmış jurnalist Mixail Leontyev bundan öncə Ermənistandakı etirazları sərt tənqid etmiş, erməniləri Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaqda günahlandırmışdı.
Digər xəbərlər