Bakının Yasamal rayonunda kafe yanıb

Bakının Yasamal rayonunda kafe yanıb

9 İyun 2019 09:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tikililərin (kafe, çayxana, dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tikililərin qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;