Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

12 İyun 2019 08:32
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Hacıqabul-Horadiz magistral yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində "Mersedes" və "VAZ 2107" toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.