Respublikamızın bəzi rayonlarında yanğın baş verib
Kürdəmir şəhərində 800 m² sahədə quru ot yanıb və eyni zamanda ümumi sahəsi 1000 m² olan talvarın altına yığılan 47 ədəd (hər biri 10 ton) pambıq tayasından 15 ədədinin üzü qarsalanıb (100 kiloqram pambıq yanıb).
Mediainfo.az-ın verdiyi xəbərə görə, pambıq tayaları və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdə rayonunun Həsənqaya kəndində 25 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
İmişli rayonunun Çaxırlı kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 5 otaqlı evin (dam örtüyü qamışdan ibarətdir) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Yasamal rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən restoranın bacasında yağ qalıqları yanıb. Restoran və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


































































.jpg)
.jpg)
.jpg)

























