Bakıda ağır qəza, 11 nəfər yaralandı
Qala-Pirallahı yolunda (Zirə “Bolmarket”in yanı) yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Oxumeni.az-a daxil olan məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-u ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir.
Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onların həyatları üçün təhlükə yoxdur.
Oxumeni.az
Digər xəbərlər