20 yaşlı gənc inək sağmağa çalışarkən ölüb

20 yaşlı gənc inək sağmağa çalışarkən ölüb

7 Mart 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Konyada tövlədə sağım aparatını idarə edən 20 yaşlı Sebahattin Gözlüdağ elektrik cərəyanı vurmasından dünyasını dəyişib.

Konyanın Kadınhanı rayonunda heyvandarlıqla məşğul olan şəxs inəkləri sağmaq üçün girdiyi tövlədə elektrik cərəyanın vurması nəticəsində ölüb.

Rayonda heyvandarlıqla məşğul olan Sebahattin Gözlüdağ inəkləri sağmaq üçün tövləyə girib. Sağım aparatını idarə edən Gözlüdağ cihazda elektrik sızması səbəbindən ölüb.

Gözlüdağı yaralı tapan yaxınlarının xəbəri üzərinə, ünvana sağlamlıq qrupları sövq edilib. Təcili yardımla Kadınhanı Dövlət Xəstəxanasına aparılan Gözlüdağa tibbi müdaxilə edilməsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Oxuməni.az