Təyyarənin hündürlüyü itirməsi nəticəsində 50 nəfər xəsarət alıb

Təyyarənin hündürlüyü itirməsi nəticəsində 50 nəfər xəsarət alıb

12 Mart 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyadan Yeni Zelandiyaya uçan sərnişin təyyarəsinin qəfil hündürlüyünü itirməsi nəticəsində 50 nəfər xəsarət alıb.

Təyyarədə qorxulu anlar yaşanıb. Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə uçan «LATAM» Hava Yollarına məxsus «Boeing 787» tipli sərnişin təyyarəsi qəfil hündürlüyünü itirib.

Təyyarədə 263 sərnişin və 9 ekipaj üzvü olduğu və təyyarənin «Oklend» hava limanına eniş etdiyi bildirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Oxuməni.az