Təcavüzə məruz qalan qadının ərinə təzminat ödənilib

Təcavüzə məruz qalan qadının ərinə təzminat ödənilib

6 Mart 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyadan olan, motosikletlə dünyanı gəzən cütlük Fernando və Visente Hindistanda 7 nəfərin hücumuna məruz qalıb və şübhəlilər gənc qadına dəfələrlə təcavüz ediblər. Dəhşətli hadisədə iştirak edən 3 nəfər tutularaq məsuliyyətə cəlb edilərkən, gənc qadının ərinə 1 milyon rupi təzminat ödəndiyi anların görüntüləri kameralar qarşısında böyük səs-küy yaradıb. 60-dan çox ölkəyə gedərək, 5 il ərzində təxminən 170 min kilometr yol qət edən və o anları İnstaqram hesabında paylaşan cütlük Hindistanda hücuma məruz qaldıqlarını açıqlayıb. Xəstəxanada açıqlama verən Vinsente və Fernanda cütlüyü 7 nəfərin onlara hücum edərək qarət etdiyini və Fernandanın cinsi təcavüzə məruz qaldığını bildirib.
Cütlüyün bu hadisədən sonra İspaniyaya dönəcəyi, daha sonra isə səyahətlərinə davam edəcəyi açıqlanıb.

Oxuməni.az